
Türkiyə Superliqasının XXI turunda gərginlik yaşanıb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, “Sivasspor” – “Kayserispor” matçında qonaq komandanın futbolçuları arasında münaqişə yaşanıb.
Belə ki, “Kayserispor”un futbolçusu Mikel Kardozo öz komanda yoldaşı Stefan Bahokenə fiziki müdaxilə edib. Nəticədə Kardozo qırmızı vərəqə alıb.
Qeyd edək ki, görüş “Sivasspor”un 5:2 hesablı qələbəsi ilə nəticələnib.