Türkiyədə ardıcıl güclü zəlzələ: dağıntılar və xəsarət alan var – FOTOLAR

Tokat şəhərinin Sulusaray ilçəsində 4 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

***22:45

Türkiyənin Tokat vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib.

Globalinfo.az xəbər verir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində üç ev ciddi zərər çəkib.

Həmçinin Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyirlər.

Bölgədə tədrisə birgünlük ara verilib.

***19:48

İlk təkanlardan sonra 3,5 bal gücündə növbəti zəlzələnin baş verdiyi bildirilib.

Sulusaray bələdiyyə başqası Davud Kılıç Buğdaylı kəndində bəzi evlərin və 2 məscid minarəsinin uçduğunu bildirib.

***19:24

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub.

Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.