Türkiyədə Fransa casus şəbəkəsinə qarşı əməliyyat

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT) Fransa casus şəbəkəsinə qarşı əməliyyat keçirib, üç şübhəli saxlanılıb.

Globalinfo.az xəbər verir ki, onların suriyaəsilli olduqları qeyd edilib.

MİT-in İsrail, İran və Rusiya məxfi xidmət orqanlarının fəaliyyətinə qarşı Türkiyədə həyata keçirdiyi casusluq əməliyyatlarından sonra Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) casusları da ifşa edilib.

Məlumata görə, üç nəfərlik qrupa Ahmet Katie rəhbərlik edirmiş. Onlar Türkiyədən xaricə getmək istəyən qaçqınlara işgəncələr verilməsi haqqında saxta infomasiyalar toplayıb Fransa kəşfiyyatına ötürürmüşlər.

Vurğulanıb ki, onlar Fransa kəşfiyyatına bir ildir casusluq edirmişlər.