960x540 13 1 1

Türkiyənin Kocaeli şəhərində çökən binanın dağıntıları altından qalan ailənin böyük övladı, 18 yaşlı Dilara xilas edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə yerində peşəkar qruplardan ibarət geniş heyət axtarış-xilasetmə işlərini davam etdirir.

“Ailənin böyük övladı, 18 yaşlı Dilara qızımızı, şükürlər olsun, dağıntılar altından sağ çıxardıq. Ümumi vəziyyəti yaxşı görünür, şüuru açıqdır və o, Gebze Fatih Xəstəxanasına yerləşdirilib”, – deyə Aktaş bildirib.

Qeyd edək ki, xilasedicilər səhər saatlarından etibarən apardıqları axtarış zamanı 12 yaşlı Məhəmməd Emir Bilir və 14 yaşlı Hayrunnisa Bilirin cansız bədənlərini tapıblar.

Uşaqların valideynlərinin isə axtarışları davam etdirilir. Məlumata görə, hadisə zamanı valideynlərlə uşaqlar ayrı-ayrı otaqlarda olublar.

***10:48

Türkiyədə Kocaeli vilayətinin Gebze rayonunda altımərtəbəli bina uçub.

Globalinfo.az xəbər verir ki, bu barədə “AHaber” telekanalı məlumat yayıb.

“İstanbulun 60 kilometrliyində yerləşən vilayətdə səbəbi məlum olmayan hadisə baş verib. Əraziyə çoxsaylı AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə Mərkəzi), yanğınsöndürmə idarəsi, tibbi və polis qrupları göndərilib. Bölgədə təhlükəsizlik tədbirləri görülüb və axtarış-xilasetmə işləri sürətlə başlayıb”, – deyə bildirilib.

Gebze bələdiyyə başçısı Zinnur Büyükgöz binada 7 nəfərlik iki ailənin yaşadığını deyib:

“Onların sağlamlıqları barədə heç bir məlumat yoxdur. Hamısının binada olub-olmadığı da məlum deyil”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: