Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edildi

AA 20250522 38045477 38045457 MILLI GUVENLIK KURULU TOPLANTISI BASLADI scaled
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurası (MTŞ) toplantısında Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sosial media hesabında yayımlanan açıqlamada yer alıb.

Bildirilib ki, Türkiyə Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə razılığa gəlməsindən məmnundur. Bölgədə bütün aktorların mənafeyinə uyğun nəticələr verəcək yekun sülhün bərqərar olması üçün lazımi şəraitin təmin ediləcəyinə dair gözləntilər bir daha təsdiqlənib.