Türkiyədə erməni serialı yayımlanacaq – VİDEO

serial 1

Türkiyədə erməni serialı yayımlanacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ermenihaber.am” yazıb.

Məlumata görə, “Dörd yaramaz uşaq” adlı serial tezliklə tamaşaçılara təqdim ediləcək.

“Türkiyədə yayımlanan “Luys TV”də serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq”, – deyə vurğulanıb.

Qeyd edək ki, “Luys” Türkiyədə yayımlanan ilk erməni-türk telekanalıdır. 2019-cu ildə İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. Proqramların 70 faizi erməni, 30 faizi isə türk dilindədir.

Əliyar Xəlil
Globalinfo.az