Türkiyədə daha bir zəlzələ oldu

Türkiyənin Adıyaman vilayətinin Gölbaşı ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerin 5,43 km dərinliyində meydana gəlib.

Dağıntı və tələfat yoxdur.