balikesir sindirgida 61lik deprem 1 ev yikildi ciddi hasar goren yapilar var

Sındırgı rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələnin dərinliyi 11,9 kilometr olub.

***

Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 14:15-də 4 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerin 10 km dərinliyində meydana gəlib.

***10:26

Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 08:21-də 3,6 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra bölgədə afterşokların sayı 100-ü keçib.

Qeyd edək ki, ötən gün Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ İstanbulla yanaşı, İzmir, Manisa, Bursa, Aydın, Muğla, Yalova, Əskişəhər və Ankarada da hiss olunub. Hadisə nəticəsində 1 nəfər həyatını itirib.

***09:02

Türkiyədə daha bir neçə dəfə zəlzələ olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Balıkesirdə baş verən güclü zəlzələdən sonra təkrar təkanların qeydə alınması davam edir. Qeyd edilir ki, son 3 saat ərzində maqnitudası 1,5-4,4 olan 45-ə yaxın yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin ən güclüsü yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə saat 05:55) Balıkesir şəhərinin Sındırğı ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bazar günü axşam saatlarında Sındırgi ərazisində 6,1 bal gücündə zəlzələ baş verib. Təbiət hadisəsi nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 10-a yaxın bina dağılıb.

Paylaş: