Türk Hava Yolları əlverişsiz hava şəraiti səbəbindən bir sıra reysi ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə THY-dən bildirilib.
Qeyd olunub ki, İstanbul Hava Limanından 82, Sabiha Gökçen Hava Limanından 23 olmaqla ümumilikdə 105 reys ləğv edilib.
Peqasus Hava Yolları da İstanbuldan bu günə planlaşdırılan 44, sabah isə 38 – ümumi 82 reysi əlverişsiz hava şəraiti səbəbindən ləğv etdiyini açıqlayıb.