1716746404165720903 1200x630

Türkiyənin Mersin vilayətində zəncirvari yol qəzası baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Mersin valisi Ali Hamza Pehlivan açıqlamasında bildirib.

O qeyd edib ki, hadisə Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralında meydana gəlib. Qəzaya qarışan nəqliyyat vasitələri arasında şəhərlərarası sərnişin avtobusları, yük və minik avtomobilləri var.

Qəza bölgəsinə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Paylaş: