Türkiyə və İran XİN başçıları danışdı: bu məsələləri müzakirə etdilər

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik mənbələr bildirib.

 

Danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub, müharibənin bütün bölgəyə yayılma riski qiymətləndirilib.

Nazir Fidan Livanda gərginliyin artmasının da İraq və Suriyaya mənfi təsir göstərəcəyini vurğulayıb.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələləri də müzakirə edib.