Türkiyə nümayəndəsindən Rubinyana tarixi TƏKLİF

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç erməni həmkarına İrəvanda görüşməyi təklif edib. 

Globalinfo.az xəbər verir ki, Türkiyə rəsmisi bunu Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.

O, Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyana növbəti görüşün İrəvanda keçirilməsini təklif edib. İrəvan rəsmisi isə bu məsələnin axşama doğru müzakirə edilib qərar verilə biləcəyini diqqətə çatdırıb.

R.Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılmasına tam hazır olduğunu deyib:

“Heç kimə sirr deyil ki, Ermənistanla Türkiyə arasında münasibətlərdə dərin tarixi kontekst var. Lakin Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına məhz bu anda, bu gün və sabah hazırdır. Əgər Türkiyə nümayəndəsi razılaşarsa, sərhədlərin açılmasını elə indi elan edib, forumu tarixi hadisəyə çevirə bilərik”.

Ayşən Mustafa
Globalinfo.az