PKK terror təşkilatı İraqdan sonra Suriyada da Türkiyə ordusuna qarşı hücuma cəhd edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Fərat qalxanı” əməliyyat bölgəsində silahlı hücuma hazırlaşan PKK-nın 5 terrorçusu Türkiyə komandoları tərəfindən məhv edilib.
Qeyd edək ki, İraqda PKK-nın Türkiyə ordusuna hücumu nəticəsində 6 hərbçi şəhid olub.













