Türkiyədə seçkilər necə keçdi? – “Bəzi hadisələr yaşandı…”

Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.

Globalinfo.az  xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçim Qurumunun sədri Əhməd Yener mediaya açıqlamasında deyib.

“Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.

Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq”-deyə, o bildirib.