suverenlik

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşım edilib:

“Qardaş Azərbaycanı 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik” – deyə qeyd olunub.

X X X

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, nazirliyin sosial media hesablarında bu barədə paylaşım edilib:

Azərbaycan türkü qardaşlarımızın Suverenlik günü mübarək olsun. Tək Millət, İki Dövlət anlayışı ilə həmişə bir və birlikdə olmağa davam edəcəyik”

– deyə qeyd olunub.

Paylaş: