Türkiyə-İran sərhədində zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda bildirilib ki, maqnitudası 4,3 bal gücündə, ocağı 5,44 kilometr dərinlikdə olan zəlzələ Hakkari şəhərində qeydə alınıb.
Təbii fəlakətin fəsadları barədə hələlik məlumat yoxdur.