Türkiyə-İran sərhədində zəlzələ: Naxçıvanda hiss edildi

Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub.

***

Noyabrın 13-də saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 3 bala qədər hiss olunub.