Türkiyə inanmalıdır ki, Qarsa, İğdıra hücum… – Ağazaryan

“Türkiyəni inandıracağıq ki, Qarsı, İğdırı hərbi yolla almaq fikrimiz yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.

Deputat Brüsseldə keçiriləcək görüşdən böyük gözləntilərin olduğunu bildirib:

“Aİ, ABŞ və Emrənistan rəsmiləri arasında keçiriləcək görüşdə böyük maliyyə dəstəyi gözləyirəm. Bizim Qərbdə tərəfdaşlarımız var ki, onlar Türkiyənin ortağıdır. Beləliklə Qərb də Türkiyəni inandıracaq ki, Ermənistan İğdır, Qarsa iddia etmir, hər hansı hərbi məqsədləri yoxdur. Məsələn, ABŞ, Fransa kimi tərəfdaşlarımız fikirlərimizi Türkiyəyə çatdıracaq”.

Deputat Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə də toxunub:

“Heç kim Tavuş bölgəsindən torpaq vermir. Sadəcə Azərbaycan SSR-ə məxsus olmuş, sonradan isə müstəqil Azərbaycan ərazisinə daxil edilmiş yaşayış məntəqələri geri qaytarılır. Türkiyə və Azərbaycan arasında birlik var. Ankara baş verən insidentləri Bakıya qarşı hücum hesab edir. Bu məsələ də aradan qalxacaq”.

Ayşən Mustafa
Globalinfo.az