Türkiyədə zəlzələdən ən çox zərər çəkmiş ərazinin bələdiyyə sədri həbs olundu

Mərkəzi Türkiyənin Kahramanmaraş bölgəsi olan dəhşətli zəlzələdən zərər çəkən Qaziantepin Nurdağı mahalının bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.

Globalinfo.az xəbər verir ki, onun zəlzələlərdə dağılan binalarla bağlı aparılan araşdırmalar çərçivəsində artıq həbsxanaya göndərildiyi bildirilib.

Qərar Kavakın prokurorluq tərəfindən sorğulanmasının ardından məhkəmə tərəfindən verilib.

Qeyd edək ki, zəlzələdən sonra uçan binalarla bağlı aparılan araşdırmalarda indiyədək nəzarətə alınan 22 nəfər həbs edilib, 80 nəfər haqqında həbs qərarı çıxarılıb.