ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci sui-qəsd cəhdi olub. Tramp özünə məxsus qolf klubundan çıxarkən hasarın üstündən təxminən 300-400 metr məsafədən ona avtomat silahdan atəş açılıb.
Sui-qəsdə cəhd edən Rayan Uelsli Rut haqda maraqlı məlumat yayılıb. O, Rusiyaya qarşı çoxsaylı çıxışların müəllifidir. Hətta 2022-ci ildə Rut “X” platformasında Rusiyaya qarşı döyüşdə ölməyə hazır olduğunu bildirib və Kremli yandırmağa çağırış edib.
Trampı kimlər və niyə aradan götürmək istəyir? ABŞ dövləti seçkiyə kimi onun həyatını qoruya biləcəkmi?
Sülhəddin Əkbər
Globalinfo.az-a danışan məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib ki, D.Trampa ilk sui-qəsd cəhdi zamanı hadisəni törədən şəxs öldürülmüşdü:
“Həmin şəxsin yaşını da nəzər alsaq deyə bilərik ki, bu sui-qəsdlərin pərdəarxasında qlobalistlər yoxdur. Düzdür, bu istiqamətdə versiyalar çox səslənir, amma reallıq ondan ibarətdir ki, qlobalistlər belə qeyri-peşəkar iş görməz.
Hadisə yeni baş verib. Müəmmalı məsələlər var. Misal üçün onun konkret Trampa hücum etməsi də təsdiqini tapmayıb. Hətta deyilənə görə, Məxfi Xidmət ilk atəşi açıb.
Hadisə ilə bağlı ilk ağlagələn versiya hər iki sui-qəsdin elə Tramp tərəfindən təşkil edilməsidir. Yəni bu, şoudur. O bununla reytinqini artırmaq istəyir. Əslində bu versiya ağlabatandır. Çünki Trampın rəqibi Kamala Harrisin reytinqi günbəgün artır. Görünür, Tramp bunun qarşısını belə almaq istəyir.
Digər bir versiya isə budur ki, hadisənin heç bir pərdəarxası məqamı yoxdur. Yəni tamamilə spontan baş verib. ABŞ-da mülki silahlanma ən yüksək həddədir. Yəni Trampdan zəhləsi gedən istənilən biri onu öldürmək istəyə bilər”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, iyulun 13-də edilən ilk sui-qəsd cəhdi Baydenlə debatdan (27 iyun) qalib ayrılan Trampın əlini ciddi şəkildə gücləndirdi:
“Respublikaçılar sentyabrın 10-a təyin edilən ikinci debatda Baydeni tamamilə nüfuzdan salacaqlarını düşünürdülər. Lakin proses demokratların əleyhinə cərəyan etdiyi vaxt “məğlub” Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonra rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir.
Proseslərin inkişafı fonunda Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür. Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur”.
Turan Rzayev