RIA 5593937 pic 32ratio 900x600 900x600 16690

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski ilə öncədən görüşməyə ehtiyac olmadığını bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun sözlərini “RİA Novosti” yayıb.

Jurnalistin sualına cavab olaraq Tramp qısa şəkildə bildirib: “Xeyr, etməməlidir, yox”.

Qeyd edək ki, daha əvvəl “New York Post” və bir sıra digər ABŞ mətbuat orqanları Trampın Putinlə görüşmək üçün Zelenski ilə əvvəlcədən görüşməyi planlaşdırdığına dair məlumat yaymışdı. Lakin prezident bu iddiaları təkzib edib.

Tahir Turan

Globalinfo.az

Paylaş: