1920x1080 cmsv2 7ff9485b 6e82 50dc bcb4 fa5b5314c589 4302382

ABŞ-ın sabiq prezidenti, hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu, Trampın prezidentlik müddəti bitdikdən sonra ilk görüş olub.

“Bizim Zelenski ilə çox yaxşı münasibətlərimiz var. Eyni zamanda mən prezident Putinlə çox yaxşı münasibətlərə malikəm. Düşünürəm ki, seçkidə qalib gəlsəm, onda Ukrayna və Rusiya arasındakı münaqişəni çox tez həll edəcəm”, – Tramp bildirib.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Zelenskinin dəvətinə cavab olaraq Ukraynaya səfərinin mümkünlüyünü istisna etməyib. Ancaq hələlik vaxtın dəqiqləşdirilmədiyini açıqlayıb.

Öz növbəsində Volodimir Zelenski Trampla “qələbə planını” müzakirə edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: