ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinin onun gözlədiyindən də mürəkkəb olduğunu etiraf edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən kabinet iclası zamanı danışıb.
“Bu işin daha çətin olduğu ortaya çıxdı”, – deyə Tramp narazılıqla bildirib.
Daha əvvəl Tramp ABŞ-ın fasilədən sonra Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa etdiyini etiraf etmişdi. Lakin o, konkret olaraq hansı silahların göndərildiyini açıqlamayıb.
Həmçinin prezident Kiyevə hərbi yardımı kimlərin dayandırmaq qərarı verdiyi sualına da cavab verə bilməmişdi.
Qeyd edək ki, ABŞ mediasında Tramp administrasiyasının Ukraynaya silah tədarükü, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsi məsələsini nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
Tahir Turan