Tramp seçilsə, Ukraynada bu iki addımı atacaq – Şrayver

“Tramp ikinci prezidentlik dönəmində də ehtiyatsız davranacaq”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı hərbi ekspert Uil Şrayver iddia edib.

“Onun ikinci prezidentliyi geosiyasi və hərbi baxımdan birinci dönəmdəki kimi təmkinsiz olacaq”, – o bildirib.

Şrayver Trampın prezidentliyi dönəmində ABŞ Ukraynada bioloji silah istehsalı laboratoriyaları və məxfi bazalar yaratdığını deyib. O, bənzər fəaliyyətin ikinci prezidentlik dönəmində də olacağını və hətta Harrisin seçilməsinin də bunu dəyişməyəcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az