ABŞ prezidenti Donald Tramp vurulan Amerika təyyarəsi ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Tramp bildirib ki, baş verən hadisə Vaşinqtonun İranla danışıqlar prosesinə təsir göstərməyəcək. Onun sözlərinə görə, belə insidentlərə baxmayaraq, ABŞ öz strateji məqsədlərindən geri çəkilməyəcək və diplomatik xətt davam etdiriləcək.
Qeyd edək ki, ABŞ-a məxsus helikopter itkin düşmüş pilotun axtarışı zamanı İran tərəfindən vurulub.
Tahir Turan
Globalinfo.az