
Əgər İsrail şərtlərə əməl etməsə, HƏMAS girovları azad etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hərəkat onlara ünvanlanan hədə-qorxuları “vəziyyəti daha da gərginləşdirən və yersiz” adlandırıb və İsrail şərtlərə əməl etmədiyi müddətcə girovları azadlığa buraxmayacağını deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ Donald Tramp HƏMAS-a müraciət edərək 15 fevrala qədər girovları azad etməzsə, “cəhənnəm yaşanacağını” demişdi.
Aysel Əliyeva
Globalinfo.az