O dediyini edir, gözlənilməz heç nə baş vermir – Sərkisyan

O dediyini edir, gözlənilməz heç nə baş vermir - Sərkisyan

“ABŞ xarici siyasətdə Trampın birinci prezidentlik dövründəkindən daha fəal olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Tramp dediyini edir, gözlənilməz heç nə baş vermir. O, xarici yardımların verilməsinə aid olan fərmanlar imzalayır. Xüsusən də ABŞ-ı Paris sazişindən çıxarıb. Tramp artıq 200 sərəncam imzalayıb və eyni templə dəyişikliklərə davam edəcək. O, ilk prezidentlik dövründə verdiyi bütün vədləri yerinə yetirdi. Yaxın günlərdə ABŞ-ın yeni seçilmiş prezidenti xarici siyasətdə fəaliyyətini daha da gücləndirəcək. Tramp ABŞ üçün ən böyük problem kimi Rusiyanı deyil, Çini görür. O, Rusiya ilə Çinin yaxınlaşmasını səhv hesab edir və bu vəziyyəti dəyişməyə çalışacaq. Trampın həm Ukrayna, həm də Rusiya üzərində təsir rıçaqları var. Odur ki, danışıqlar asan olmayacaq, lakin Tramp uğur qazansa, bu, Avropanın təhlükəsizlik arxitekturası üçün tarixi əhəmiyyət daşıyacaq. Avropalılar da başa düşürlər ki, xüsusən də təhlükəsizlik məsələlərində tamamilə ABŞ-a arxalana bilməzlər”.

Sərkisyan həmçinin Trampın Kanada, Meksika, Qrenlandiya və Panama ilə bağlı mövqeyini xatırladıb.

“Kanada ilə bağlı bəyanatlar gömrük şəraitinin yaxşılaşdırılmasına yönəlib. Qrenlandiya fərqli bir hekayədir. Tramp ilk prezidentlik dövründə ABŞ üçün bu strateji əhəmiyyətli adanı satmağı təklif edib. Panama məsələsində Tramp, ABŞ resursları ilə tikilmiş kanalın Çinin nəzarətinə keçməsindən narahatdır. Bunun nəticəsində Amerika gəmiləri indi yüksək tariflər ödəməyə məcburdur. Yaxın Şərqə gəlincə, Tramp özünü sülhməramlı kimi göstərməyə çalışsa da, digər tərəfdən İsraili qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. ABŞ-da bu məsələ ilə bağlı ikitərəfli konsensus var. Bununla belə, Trampın Yaxın Şərqdəki siyasətinin necə olacağını söyləmək hələ çətindir”, – Sərkisyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az