2 12

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

“Mercedes” markalı sərnişin daşıyan mikroavtobus yolu keçmək istəyən 2016-cı il təvəllüdlü Məhəmməd Məmmədovu vurub.

10 yaşlı piyada ətrafdakı insanların da yardımı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş: