cid xt van i ran n ballistik raket proqram davam.jpg.pagespeed.ce .S6OD7RUNdd

Tehran sanksiyaların ləğvi müqabilində nüvə proqramı üzrə bəzi məhdudiyyətləri qəbul etməyə hazırdır.

Globalinfo.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi danışıb.

Onun sözlərinə görə, ABŞ sanksiyaları qaldırılarsa, İran uranın zənginləşdirilməsi imkanları və mövcud məhdudiyyətlərdə müəyyən yumşalmaya gedə bilər.

Təxtrəvançi vurğulayıb ki, bu addım qarşılıqlı etimadın bərpasına və regionda gərginliyin azaldılmasına töhfə verə bilər.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Araqçi bir müddət əvvəl “Financial Times” qəzetinə açıqlamasında uranın zənginləşdirilməsi üzrə beynəlxalq konsorsium yaradılması planından bəhs etmişdi. Nazir qeyd etmişdi ki, bu məsələnin çoxsaylı texniki və hüquqi məqamları mövcuddur, lakin Tehran lazım gələrsə, bütün bu detallar üzrə danışıqlara başlamağa hazırdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: