Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı zəlzələdən sonra müvafiq nazirlər və rəsmilərlə birlikdə toplantı keçirib.
Globalinfo.az xəbər verir ki, o, zəlzələnin gələcək fəsadlarının araşdırılması istiqamətində göstəriş verib.
“Mütəxəssislərlə məsləhətləşin və müxtəlif fikirləri öyrənin. Hansı ssenarinin daha çox ehtimal edildiyini xaricdəki ekspertlərdən də soruşun”, – deyə o bildirib.
Məlumata görə, Ərdoğan daha sonra hesabatın şəxsən özünə deyil, Fəlakət Siyasəti Şurasının üzvlərinə təqdim edilməsini istəyib.
Günay Rəsulqızı
Globalinfo.az