Tayvanda zəlzələ qurbanlarının sayı artdı

Tayvanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə rəsmi məlumat yayıb.

Məlumata görə, itkin düşmüş 6 nəfərin axtarışları davam etdirilir. Zəlzələ nəticəsində xəsarət alanların sayı isə 1145-ə çatıb.