Tanınmış müğənni ürək tutmasından vəfat etdi – VİDEO

Türkiyəli müğənni Burhan Çaçan 62 yaşında vəfat edib. 

Globalinfo.az Baku.vs-yə istinadən xəbər verir ki, bu barədə sənətçinin yaxın qohumları bildirib.

Onların sözlərinə görə, ifaçı evində ürək tutmasından vəfat edib.

Burhan Çaçan 1960-cı ildə Ağrıda anadan olub. Daha sonra Ankaraya, oradan isə İstanbula köçüb.

1981-ci ildə ilk albomunu çıxarıb. Burhan “Ağlama”, “Her Yer Karanlık”, “Ayaz Geceler” və “Yağ Yağmur” adlı ekran işlərində də çəkilib.