Tacikistandan Türkiyəyə cavab: vətəndaşlara bu qadağan edildi

Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media Tacikistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, qərar “qarşılıqlılıq prinsipinin həyata keçirilməsi məqsədilə” verilib.

Qeyd edək ki, daha əvvəl Türkiyə adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul etmişdi.