Süni intellektlə bağlı qorxunc proqnoz – Dünyanı gözləyən təhlükə

“Süni intellekt dünyada yeni iqtisadi böhranın katalizatoru ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar Birjalar üzrə komissiyasının sədri Qeri Qensler danışıb.

Onun sözlərinə görə, süni intellekt tətbiqi maliyyə qeyri-sabitliyini gücləndirəcək. Bu zaman investorlar tərəfindən sui-istifadə hallarının qarşısını almaq üçün yeni tənzimləmələr həyata keçirilməlidir.

“Süni intellektin kütləvi fırıldaqçılıq və şəxsiləşdirilmiş maliyyə fırıldaq sxemləri üçün tətbiqi təhlükələr sırasındadır”, – mütəxəssis bildirib.