Iran hava hucumu 900x506 2

İranın Kürdüstan bölgəsində genişmiqyaslı hücumlar baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Iranwire” məlumat yayıb.

“Yayılan videolar İranın Kürdüstan vilayəti, Sanandac şəhərində İslam Respublikası təhlükəsizlik və kəşfiyyat obyektlərinə bazar ertəsi səhər saatlarında genişmiqyaslı hücumlar olduğunu göstərir.

Son hücumlar nəticəsində ciddi ziyan dəyən obyektlər bunlardır:

1.Sanandac şəhərindəki İİKK (Korpus) həbsxanası (Shahramfar)

2.Kəşfiyyat idarəsinin binası

3.Tibbi Universitetin yaxınlığındakı polis bölməsi

4.“İmam Əli” hərbi düşərgəsi

Çoxsaylı yaralılar Sanandacın dörd əsas xəstəxanası, eləcə də ordu və İslam İnqilabı Keşikçiləri Korpusunun tibbi müəssisələrində müalicə olunurlar”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: