Süleyman Soylu istefa ərizəsi yazdı – İDDİA

Süleyman Soylu istefa ərizəsi yazdı - İDDİA

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin “Milli Gazete” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, o, Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa verəcəyini bildirib. Türkiyə liderinin bu qərara necə reaksiya verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Soylu 2012-ci ilin sentyabrında Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına üzv olub, 2015-ci ilin noyabrından 2016-cı ilin avqustunadək Əmək və Sosial Müdafiə Nazirliyinə rəhbərlik edib. 2016-cı ilin avqustunda o, daxili işlər naziri təyin edilib.