Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 20 yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib.
Belə ki, oğurluq əməlini törədən şəxs həkim-stomatoloqun otağına girərək ona məxsus pul qabını götürəüb və mərkəzi tərk edib.
Şəxsin törətdiyi əməl isə otaqda quraşdırılan təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.