Şoyqunun müavini rüşvətə görə saxlanıldı – FOTO

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti (rüşvət alma) törətməkdə şübhəli bilinərək Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, İvanov 1 milyon rubldan çox rüşvət almaqda şübhəli bilinir. Bu maddə üzrə maksimum cəza 15 ilə qədər həbsi nəzərdə tutur.