Ermənilər hücuma keçdi – YENİLƏNİB

Zəngilanda dövlət sərhədini erməni diversant qrup keçməyə cəhd edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Kalibr” yayıb.

Məlumata görə, diversantlar zərərsizləşdirilib, iki nəfər diversant saxlanılıb.

***

May ayının 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

DSX-dan Globalinfo.az-a verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır.