IET

Mavritaniyanın sabiq xarici işlər naziri İsmail Ould Şeyx Ahmed İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib.

Globalinfo.az-ın xəbərinə görə, İƏT xarici işlər nazirlərinin Ciddə şəhərində keçirilən fövqəladə iclasında bununla bağlı qərar qəbul edilib.

Qeyd edək ki, 66 yaşlı Şeyx Ahmed 2021-ci ildən bəri Baş katib vəzifəsində çalışan çadlı diplomat Hüseyn İbrahim Tahanı əvəz edəcək.

Yeni Baş katib 2015-2018-ci illərdə BMT Baş katibinin Yəmən üzrə xüsusi elçisi olub.

Paylaş: