Azərbaycanda zəlzələ oldu – YENİLƏNDİ

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında deyilir.

Yerli vaxtla 06.09-da qeydə alınan yeraltı təkanların ocağı 62 km dərinlikdə olub.

Qeyd edək ki, bu gün saat 00.58-də Masallı rayonunda da zəlzələ baş verib.

***01:30

Masallıda 3,5 maqnitudalı zəlzələ olub.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bala qədər hiss olunmuşdur”, – Mərkəzin məlumatında qeyd olunub.

Yeraltı təkanların ocağı 18 dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 00:58-də qeydə alınıb.