ABŞ Prezidenti Donald Trampın siyasəti nəticəsində Kubadakı hakim kommunist hökumət 2026-cı ildə süquta uğraya bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Florida ştatında yaşayan Kuba mühacir icmasının nümayəndələrinə istinadən məlumat yayıb.
Mühacir icmasının bəzi təmsilçiləri ABŞ rəsmilərindən bununla bağlı zəmanətlər aldıqlarını iddia ediblər.
Sürgündə olan müxalif lider Marsel Felipe ABŞ administrasiyasının 2026-cı ilin sonuna qədər Kubada hakimiyyət dəyişikliyi planının icrasına başladığını bildirib.
Qəzetin yazdığına görə, Vaşinqtonun tətbiq etdiyi yeni sanksiyalar nəticəsində Kuba Meksikadan neft tədarükündən məhrum edilib. Bundan əlavə, Venesuelanın həbs edilmiş prezidenti Nikolas Maduronun ilə bağlı proseslər Havananın digər mühüm enerji mənbəyinə çıxışını da məhdudlaşdırıb.
Məqalədə qeyd olunur ki, enerji çatışmazlığı və iqtisadi təzyiqlər Kubada sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıraraq hakimiyyət üçün əlavə risklər yarada bilər.
Tahir Turan
Globalinfo.az