Ukrayna savaşının bitməsini istəyən şəxs prezident seçildi

Slovakiya parlamentinin sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini ölkəsinin prezidenti seçilib.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İkinci turda Pelleqrini 53,12 faiz, ölkənin keçmiş xarici işlər naziri İvan Korcok isə 46,87% səs toplayıb.

Qeyd edək ki, P.Pelleqrini Ukraynadakı münaqişənin tezliklə həllini zəruri hesab edən liderlərdəndir.