Slovakiya Rusiya və Belarusla əməkdaşlığı bərpa etdi

Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçova qərar imzalayıb.

Qeyd edilib ki, 2022-ci ilin martında Slovakiyanın Mədəniyyət Nazirliyinin Rusiya Federasiyası və Belarusla əməkdaşlığı qadağan edən sərəncamı ləğv edilib.

 

O zaman nazir olan Natalya Milanova bunu Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə izah edib.