1 10
Slovakiyada Robert Fitsonun hakimiyyətə qayıdışından sonra ilk dəfə Ukraynaya yeni hərbi yardım paketi elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak Kiyevdə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Forumunda bildirib.

“Böyük məmnuniyyətlə bildirirəm ki, biz az əvvəl Baş nazir Şmıqal ilə birgə Slovakiyanın mühəndislik və minatəmizləmə sahəsində yardımını nəzərdə tutan 14-cü dəstək paketi barədə memorandum imzaladıq,” – deyə Kalinyak vurğulayıb.

O, həmçinin qeyd edib ki, Kiyevdəki danışıqlar zamanı iki ölkə arasında müdafiə əməkdaşlığının genişləndirilməsi üçün mümkün layihələrin də müzakirə ediləcəyi planlaşdırılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: