Siyavuş Novruzov gizli saxladığı bacarığını açıqladı

“Proqnozlarımın özünü doğrultması təcrübəmdən irəli gəlir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov verdiyi proqnozların bir müddət sonra gerçəkləşməsi haqda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O, 20 yaşından siyasətlə məşğul olduğunu qeyd edib:

“Mən münəccim doğulmuşam (gülür). Təbii ki, bu, zarafatdır. Proqnozlarımın reallaşması həyat təcrübəmdən, siyasəti bilməyimdən irəli gəlir. Artıq 30 ildən çoxdur bu işin içindəyəm. 28 il iqtidar partiyasında rəhbər şəxslərdən biri olmuşam. Hər şeyi çox gözəl bilirəm. Müvəqqəti və daimi məsələlər var. Əsas odur ki, dövlət, dövlət başçısı və atasından ona qalan o yol var. Qalan hər şey boşdur. Arzu edirəm ki, proqnozlarım hər zaman Azərbaycanımızın lehinə gerçəkləşsin”.

Zaira Akifqızı
Globalinfo.az