Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edən 2 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Globalinfo.az-a bildirilib ki, noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
“Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda qeyd olunur.
***01:00
Sabirabad sakini olan 2 yaşlı uşaq Şirvan xəstəxanasında ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaragüney kənd sakini 2 yaşlı
(2022-ci il təvəllüdlü) T. B. pnevmaniya şübhəsi ilə ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb.
Həkimlərin intensiv terapiya cəhdlərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.














