Şimali Kipr üçün Azərbaycanda ilk yaşandı – Tatar

ersin tatar

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar Şimali Kiprə göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Şimali Kiprin lideri bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Həmçinin oxuyun:

Pezeşkian İlham Əliyevi belə dinlədi – VİDEO

“Mən Lefkoşanın türk dövlətləri ilə əlaqələrinin inkişafına, o cümlədən ədalətsiz sanksiyaların və embarqoların aradan qaldırılmasına verdiyi töhfəyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edirəm. Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı faktı bizi xüsusilə sevindirir”, – Ə.Tatar əlavə edib.

Onun sözlərinə görə, ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü dünya ictimaiyyətində Şimali Kiprlə ilə bağlı məlumatlılığı artırıb.

“ECO çərçivəsində münasibətlər tarixində ilk dəfə olaraq biz belə yüksək səviyyədə təmsil olunduq, özümüzü böyük bir ailənin bir parçası kimi hiss etdik. Zirvə görüşünün keçirildiyi zalda digər dövlətlərin bayraqları ilə yanaşı ŞKTC bayrağının da asılması Lefkoşanın dialoq tərəfdaşı kimi tanınmasından xəbər verir”, – siyasətçi qeyd edib.