Semeru vulkanı püskürdü: həmin görüntülər – VİDEO

İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı bu gün səhər saatlarında püskürüb.

Globalinfo.az xəbər verir ki, vulkan təxminən 1,5 km yüksəkliyə qədər kül və tüstü püskürüb.

Yaxınlıqda məskunlaşmış əhali evakuasiya edilib.

Qeyd edək ki, 2021-ci ilin sonlarında Semeru vulkanının püskürməsi nəticəsinə bir neçə nəfər həlak olmuşdu.