sfr

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ermənistan Baş naziri Nikol Paşinyanı ermənicə salamlayıb.

Globalinfo.az xəbər verir ki, səfirin müraciətini Ermənistan mediası tirajlayıb.

“Cənab baş nazir, Almaniyaya xoş gəlmisiniz. Regionumuzda ağlasığmaz dərəcədə genişmiqyaslı dəyişikliklər yaşanır. Bu, münasibətlərimizdə ən sabit və dinc dövrdür.

Ümid edirik ki, Vaşinqton razılaşmaları tam yerinə yetiriləcək. Sonuncu maneə olan Konstitusiyaya gəlincə, ümid edirəm ki, o da aradan qaldırılacaq”, – Azərbaycan səfiri bildirib.

Nikol Paşinyan isə faktı təhrif edərək deyib ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası yoxdur.

Paylaş: